Pirelli mövsümöncəsi testlərin Yaxın Şərqdə keçirilməsini istəyir

Pirelli Avropadakı soyuq hava şəraitinə görə bəzi problemləri gözdən qaçırmaq riski olduğu üçün gələn il mövsümöncəsi testlərin Yaxın Şərqdə keçirilməsini istəyir.

F-1.az xəbər verir ki, bir neçə ildir ki, mövsüməncəsi testlər komandaların xərclərinin azaldılması məqsədi ilə ancaq İspaniyada keçirilir. Lakin 2017-ci ildə tətbiq olunacaq yeni reqlamentə görə, indikilərdən olduqca fərqlənəcək yeni maşınlar üçün Pirelli şirkəti mövsümöncəsi testlərin ilk yarışların keçirildiyi yerlərin hava şəraitlərinə uyğun yerlərdə keçirilməsini istəyir.

Pirelli Motorsport-un rəhbəri Pol Hembri Formula1-in rəsmi veb-saytına verdiyi müsahibəsində bu haqda danışıb: “Bəhreyn və Əbu Dabi kimi yerlərdə test etməyi üstün tuturuq. Temperatur daha yuxarı olur. Həm də o trasları daha yaxşı tanıyırıq. Bizə daha real nəticələr verə biləcək traslara getmək istəyirik”.

Pirelli hər nə qədər 2017-ci ilin təkərlərini test etmək üçün kifayət qədər imkana sahib olsa da, gələn ilin maşınlarının təkərlərə göstərdiyi təsiri ancaq mövsümün başlamasına bir neçə həftə qalmış aydın olacağını bilir. Hansısa gözlənilməz hal olduqda məhsullarını dəyişdirməyə məcbur olacağını bilən şirkət potensial problemləri həll edə bilmək üçün testlərin daha isti havada keçirilməsinin yaxşı olacağını düşünür.

Pol Hembri: “Əgər bir sürprizlə qarşılaşsaq, məsələn, maşınlar gözlədiyimizdən çox fərqli olsa, buna reaksiya vermək məcburiyyətində qalacayıq. Lazımi dəyişikliklərin nələr olduğunu ilk yarışdan əvvəl anlamaq çətin olacaq. Ən azından, mövsümöncəsi testləri çox yaxşı dəyərləndirsək, nələr etməli olduğumuzu əvvəlcədən biləcəyik”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*