C.Batton qələbəyə ümid edir

Çempionatın lideri bu gün sıralanma turunda poulun sahibinə cəmi 0.105 saniyə uduzub və sabah yarışa ikinci yerdən başlayacaq, amma Censon […]

Çempionatın lideri bu gün sıralanma turunda poulun sahibinə cəmi 0.105 saniyə uduzub və sabah yarışa ikinci yerdən başlayacaq, amma Censon Batton Türkiyədə bərqərar olmuş ənənəni pozmaq fikrindədir, axı indiyə kimi bu trasda pouldan start alan finişdə də birinci olub…

Censon Batton: “Mən səbirsizliklə yarışı gözləyirəm. İndiyə kimi burda pouldan start alan sürücülər qalib gəliblər, biz bu ənənəni pozmağa çalışacayıq. Mənim bu trasdan çox xoşum gəlir, ona görə də dünən optimal balans tapmamağımızla barışa bilmirdim. Əgər komandanın bir sürücüsü yaxşı dövrə keçə bilirsə, deməli, məsələ yalnız sazlanmalardadır, sadəcə olaraq onları tapmaq lazımdır.

Dünən külək əsirdi, bizim maşının balansı ideal deyildi, bu gün külək dayandı və sazlanmalara kiçik düzəlişlər vəziyyəti dəyişdi. Sərbəst yürüşlərdən sonra sürətli dövrə üçün düzgün təkər seçimi asan iş deyildi, amma biz hər şeyi yoxladıq və startda birinci cərgə pis nəticə deyil. Red Bull da yaxşı çalışdı, bu gün onlar bizi üstələdilər, baxaq görək sabah necə olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*