C.Batton: “İlk yarışda dubl – bu nağıldır!”

Avstraliya Qran Prisinin poulundan start almış Censon Batton yarışı inamla keçirib və finiş xəttini birinci keçib. Gözlənildiyi kimi, mövsümün birinci […]

Avstraliya Qran Prisinin poulundan start almış Censon Batton yarışı inamla keçirib və finiş xəttini birinci keçib. Gözlənildiyi kimi, mövsümün birinci yarışı müxtəlif insidentlərlə zəngin olub, amma son nəticədə podiumda Battonun yanına komanda yoldaşı Rubens Barrikello və Toyota sürücüsü Yarno Trulli qalxıblar…

Censon Batton: “İlk dövrələr əla keçdi, mən rəqiblərimdən uzaqlaşmağa başladım, amma sonra trasa Təhlükəsizlik Maşını çıxdı və problemlər başladı. Kənardan elə görünürdü ki, yarış mənim üçün asan keçir. Amma əslində biz TM-in arxasında gedərkən təkərlər soyudu və onları qızdırmaq olduqca çətin idi. Təkərin üzəri qurudu, güclü vibrasiyalar başladı – problem getdikcə artırdı. Amma mən birinci yerimi qorudum, kimsə deyə bilər ki, TM-in arxasında finiş düzgün deyil – bu səhv fikirdir, qələbə qələbədir, başqa şeylər məni narahat etmir.

Maşın əladır, bütün komandaya təşəkkürlər: Brawn GP ilk yarışında dubl etdi – bu nağıldır! Növbəti yarışlarda da bu yerləri qoruyub saxlamağa çalışacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*