C.Palmerin ən böyük arzusu

Renault komandasının sürücüsü Colion Palmer qardaşı Uill Palmer ilə bir gün Silverstoun trasında mübarizə aparmaq istəyir.

F-1.az xatırladır ki, Uill qardaşı Coliondan 6 yaş kiçikdir və hazırda aşağı seriyalarda mübarizə aparır.

Colion Palmer bildirib ki, bir gün qardaşı ilə avtoidmanın şahı Formula1-də mübarizə aparmaq istəyir: “Uill məndən 6 yaş kiçikdir və buna görə də bir yerdə yarışmaq şansımız olmadı. Mən artıq Formula1-dəyəm və o da burada olmaq üçün var qüvvəsi ilə yarışır. Ümid edirəm ki, bir gün xəyalları reallaşar. Eyni komandada olmağımız şərt deyil. Sadəcə eyni trasda onunla yarışmaq istəyirəm. Bu ikimizin də xəyalıdır və bir gün reallaşmasını istəyirim”.

Uill də qardaşı ilə yarışmaq istədiyini qeyd edib: “Yeni mövsümdən etibarən Formula Renault-da yarışacam. Əksər insanlar bunun Formula1-dən əvvəl vacib bir seriya olduğunu düşünür və mən də var qüvvəmlə yarışacam.

Məqsədim GP3 və GP2 kimi seriyalarda çempion olub, Formula1-ə keçməkdir. Ümid edirəm ki, bunu bacara bilərəm və qardaşımla xəyallarımızı reallaşdırarıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*