25 Avqust 2019, Bazar - 10:56

C.Herbert: “Formula1 hələ də maraqlıdır”

C.Herbert: “Formula1 hələ də maraqlıdır”

Müəllif: Rauf Hacıyev, redaktor

20:18 - 05 Yanvar, 2017

Sabiq Formula1 sürücüsü Coni Herbert tənqidlərə və dəyişiklik çağırışlarına baxmayaraq, Formula1-in hələ də həyəcanlı olduğunu düşünür.

F-1.az xatırladır ki, 2014-cü ildə turbo mühərriklər və hibrid sistemlər gəldikdən sonra bolidlərin səsi azalmış və Mercedes hegemonluğu başlayıb. İnsanlar bundan sonra Formula1-i sorğulamağa və tənqid etməyə başlayıblar.

Amma Herbert tənqidlərə baxmayaraq, düşünür ki, Formula1-də həyəcan davam edir: “Hələ də maraqlı sıralanma turumuz var. Hələ də orada həyəcan davam edir. Yarışa girmək fərqli bir şeydir. Amma son illərdə yenilənən bir şey var – Maks Ferstappenin performansı ilə insanlara cavab verməsi.

Bu bolidlə yaxşı performans göstərə bilərsiniz. Bu, həyəcanverici bir şeydir.

İş prinsipi hələ də eynidir. Hələ də bəzi güclü sürücülərin daha effektiv performans göstərdiyini görürük”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 404
Teqlər ,
Paylaş

logo