C.Batton: “Yeni həyata hazırlaşıram”

McLaren komandasının sürücüsü Censon Batton bu həftəsonu karyerasının son yarışına çıxacaq və britaniyalı bu yarışı xoş təəssüratlarla bitirmək istədiyini deyib.

F-1.az xatırladır ki, Batton Formula1-dən birillik ayrılacaq və yerini Stoffel Vandorna verəcək. Müqaviləyə əsasən, 36 yaşlı sürücünün 2018-ci ildə qayıtmaq imkanı olsa da, bunun reallığı məlum deyil. Əgər bu ehtimal reallaşmasa, Batton 17 illik Formula1 karyerasını başa vurmalı olacaq.

Censon Batton: “Bu həftəsonu üçün səbirsizlənirəm. Bir neçə yarışdır ki, bu həftəsonunu gözləyirdim. Çox emosional yarış olacaq. Ümid edirəm ki, məni dəstəkləyən insanlar üçün maksimum performans göstərərəm. McLaren ilə olan karyeramın sonu deyil, amma mənim üçün yeni bir dövrün başlanğıcı olacaq. Bu yarış sevdiyim idmana olan bağlılığın və çox işləməyimin zirvəsi olacaq.

Geridə qalan 17 ildəki uğurlarımdan və McLaren Honda-nın son illərdəki inkişafından razıyam. Əla layihə idi və bu layihəyə kömək etməyə davam edəcəm. Həyatımın bu hissəsini gözəl başa vurmaq və yeni həyatıma mümkün qədər gözəl başlamaq istəyirəm. Doğrudan da, nələr olacağını görmək üçün səbirsizlənirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*