15 Noyabr 2019, Cümə - 23:59

Bu dəfə Bakıda qələbə Bottasındır!

Bu dəfə Bakıda qələbə Bottasındır!

Müəllif: Elçin Zodorov, redaktor

18:03 - 28 Aprel, 2019

Azərbaycan Qran Prisi bir qədər öncə başa çatıb. Bakı Şəhər Halqasında finiş xəttini ən tez keçən Valtteri Bottas olub.

F-1.az bildirir ki, yarışın startı və ilk dövrələri insidentsiz ötüşüb – Bottas komanda yoldaşın Həmiltondan, o da öz növbəsində Fetteldən uzaqlaşmağı bacarıb. Soft təkərlərin yaxşı işləmədiyi elə ilk dövrərələrdən məlum olub. Yarışa sarı təkərlə başlayan sürücülər daha yaxşı nəticələr əldə etməyə başlayıb. Bu da komandaların Medium təkərlərə keçməsini tezləşdirib.

Ferrari Lekleri uzun müddət trasda saxlayıb. Lakin bu italyanlara heç nə qazandırmayıb. Bottas son dövrələrdə Həmiltonun hücumlarına baxmayaraq, inamla mövqeyini qoruyub və cari mövsümdə ikinci, karyerasında beşinci qələbəsini əldə edib. Həmilton yarışı ikinci yerdə başa vurub və Mercedes mövsümün 4-cü yarışından da dubl ilə ayrılıb. Fettel isə podiumun son pilləsinə yüksəlib.

Yarış barədə geniş məlumat bir qədər sonra saytımızda olacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 168
Teqlər , , , ,
Paylaş

logo