B.Hartli Red Bull-un ehtiyat pilotudur

Yeni Zellandiyalı on doqquz yaşlı Brendon Hartli hələ Melburnda Red Bull-un ehtiyat pilotu təyin olunmalı idi, amma sürücünün superlisenziyası ilə […]

Yeni Zellandiyalı on doqquz yaşlı Brendon Hartli hələ Melburnda Red Bull-un ehtiyat pilotu təyin olunmalı idi, amma sürücünün superlisenziyası ilə problemlər əməl gəldiyindən Dəvid Kulthard ehtiyat pilot elan olunmuşdu. Bu gün məlum olub ki, artıq lisenziya alınıb və İspaniya Qran Prisində komanda Hartlini ehtiyat pilot kimi elan edəcək…

Brendon Hartli: “Mən şadam ki, sueprlisenziya məsələsi baaş çatdı və Red Bull-a təşəkkür edirəm ki, uzun illərdir ki, məni dəstəkləyir. Yeni vəzifə – məqsədimə çatmaq üçün daha bir addımdır, mən Formula1 sürücüsü olmaq istəyirəm. Mən bilirəm ki, testlərin qadağn olunması üzündən maşının sükan arxasında çox vaxt keçirə bilməyəcəm, amma komandanın bir hissəsi olmaqla çox şey öyrənə bilərəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*