B.Ekklstoun FİA-nın Bəhreyn qərarını müdafiə edib

Formula1-in kommersiya başçısı Berni Ekklstoun FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının Bəhreyn Qran Prisini 2011-ci ilin dünya çempionatının təqviminə qaytarmaq qərarını […]

Formula1-in kommersiya başçısı Berni Ekklstoun FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının Bəhreyn Qran Prisini 2011-ci ilin dünya çempionatının təqviminə qaytarmaq qərarını müdafiə edib. Dünən FİA Bəhreyn yarışının oktyabrın 30-da, Hindistan Qran Prisinin isə dekabr ayında keçirilməsi barədə qərara qəbul edib…

Berni Ekklstoun: “Vəziyyətin mahiyyəti ondadır ki, qərarı FİA qəbul edib, vəssəlam. Özü də müzakirə Ümumdünya Şurasında olub. FİA Bəhreynə öz adamlarını göndərmişdi, onlar yerində vəziyyəti yoxlayıblar, qayıdıblar və FİA-ya hər şeyi olduğu kimi danışıblar.

Aydındır ki, biz ora gedəndə təhlükəsizlik ən əsas məsələ olacaq. İstənilən halda biz gözləməliyik və baxaq görək ölkədə vəziyyət necə olacaq. Əgər hər şey sakitləşsə, problem olmasa, onda komandalar razı olacaqlar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*