McLaren Barselonaya yeniliklərlə gedəcək

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, onlar İspaniya Qran Prisi üçün böyük yenilik paketi hazırlayıblar...

F-1.az xatırladır ki, McLaren komandası 2015-ci ilin Macarıstan yarışından sonra ilk dəfə Rusiya yarışında hər iki sürücüsü ilə xal qazandı. Britaniyalılar İspaniya QP-yə yeniliklərlə gedəcəklər.

Erik Bulye: “İspaniya yarışı üçün vacib yeniliklərimiz var. Monako bizim üçün daha əlverişlidir. Orada rəqabətədavamlı olmalıyıq. Barselonada nələr olacağını deyə bilmərəm”.

Censon Batton da McLaren-in inkişafından razı qaldığını bildirib: “Komanda keçənilkinə nisbətə daha güclüdür. Qazandığımız xala baxanda da görərsiniz ki, keçənilkindən daha güclüyük.

Növbəti yarışlar bizim üçün çətin keçəcək, amma düşünürəm ki, Monakodakı yarışdan yaxşı xallar qazanacayıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*