C.Batton: “McLaren doğru yoldadır”

McLaren Honda komandasının sürücüsü Censon Batton bildirib ki, onların komandasının vəziyyəti get-gedə yaxşılaşır...

F-1.az xatırladır ki, McLaren komandası bu mövsüm hər iki sıralanma turunda da asanlıqla ikinci sessiyaya qala bilib.

Censon Batton: “Q1-də atdığım dövrəyə baxdım və özümü yaxşı hiss elədim. Əylənmədə, döngələrdə və bütün dövrə ərzində özümü boliddə yaxşı hiss etdim. Hiss etdim ki, biz doğru yoldayıq. Birinci sessiyadakı biloddən razı qaldım.

İkinci sessiyada atdığım dövrə yaxşı idi və mən düşündüm ki,üçüncü sessiyaya qalarıq, amma alınmadı. Düz yoldayıq və artıq 3-cü sessiyaya çıxmağa yaxınıq. Bu düzgün atılmış addımdır. Biz peletonun sonunda mübarizə aparmaq istəmirik, amma düzgün yoldayıq.

Bolid getdikcə inkişaf edir və bizə inam verir. Bolidə güvənirik və bu komandaya müsbət əhval-ruhiyyə gətirir. Barselonadakı testlərdən sonra Avstraliyada yaxşı addımlar atdıq və Bəhreyndə də bu addımları atmağa davam etdik.

Sərbəst yürüşlərdə hamını təəccübləndirdik. Mən inanmırdım ki, 3-cü yeri tutarıq, amma tuta bildik. Heyif ki, hələ o səviyyəyə çatmamışıq, amma inkişaf edirik.

Güc və dözümlülük cəhətdən inkişaf etmək istəyirik. Biz bolidi güc qurğusu ilə bir yerdə tam paket kimi düzəltməliyik və artıq bunu etməyə başlamışıq. Bəhreyn bizim üçün yaxşı keçdi.

Yeni detallar üzərində işləyirik. Güc qurğusu üçün yeni sazlanmalar gəlir. Uzun sözün qısası, doğru yoldayıq. Keçən il bizim üçün çox çətin keçdi, amma bu il doğru yolu tapmışıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*