B.Senna: “Ferrari Bəhreyndə güclənəcək”

Sabiq Formula1 sürücüsü Bruno Senna mövsümə pis başlayan Ferrari-nin təslim olmayacağını düşünür.

F-1.az xatırladır ki, “qırmızılar” testlərdə ən sürətli dövrəni vursalar da, mövsümün ilk yarışı Avstraliyada lider Mercedes-dən təxminən bir dəqiqə geri qalıblar.

Bruno Senna: “Ferrari yaxşı olsa da, Mercedes mükəmməldir. Ancaq ilk yarış bütün mövsümün necə keçəcəyini göstərə bilməz. Avstraliya Ferrari üçün pis oldu. Unutmayaq ki, Albert Park qəribə trasdır. Buna görə də bolidin səviyyəsini dəyərləndirmək üçün vacib yer deyil. Ferrari növbəti Bəhreyn yarışında daha güclü olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*