V.Bottas Ferrari-yə gedir?

Mercedes komansasının sürücüsü Valtteri Bottas gələn il Ferrari-də yarışa biləcəyini deyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü bu il 10 yarışın 9-da podiuma yüksəlsə də, Mercedes-in onun əvəzinə Okonu gətirəcəyi deyilir.

Valtteri Bottas: “Əgər Lyuis olmasaydı, daha çox yarış qazanardım. Düzünü desəm, heç nəyin dəyişməsini istəmirəm. Çünki indiki vəziyyətdə daha çox inkişaf edirəm. Onunla mübarizə aparmaq istəyirəm. Müqaviləmi daha bir il uzatmaq istəyirəm. Özümü isbatlamışam. Amma bir neçə yarış da gözləməliyəm. Heç bir şey imzalanmayıb. Hər şeyin daha yaxşı olması üçün əlimdən gələni edirəm. Əgər Mercedes-dən ayrılsam, ikinci yerdə gedən komandada yarışmaq istəyərəm. Hazırda bu komanda Ferrari-dir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*