Azərbaycan-2017: Mətbuat konfranslarının cədvəli

Azərbaycan Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı hər birinin muddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. İlk 25 dəqiqədə Kimi Rəykkönen (Ferrari), Stoffel Vandorn (McLaren) və Daniil Kvyat (Toro Rosso) jurnalistlərin suallarına cavab verməli olacaqlar. İkinci 25 dəqiqədə isə Valtteri Bottas (Mercedes AMG), Esteban Okon (Force İndia) və Roman Qrojan (Haas) mətbuat işçilərinin qarşısında oturacaqlar.

Cümə günü üçün də hər birinin müddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. Sürücüləri komandaların məsul işçiləri – əvvəlcə Erik Bulye (McLaren), Robert Förnli (Force İndia) və Siril Abitebul (Renault), sonra isə Cok Klia (Ferrari), Beat Zander (Sauber) və Rob Smedli (Williams) əvəz edəcəklər.

F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*