Azərbaycan-2023: Yarışa hava proqnozu

Bakıda cümə və şənbə günləri isti və günəşli olub, bazar günü də eyni hava şəraitinin davam edəcəyi gözlənilir.

F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, sürücülər isə isinmə dövrəsinə yerli vaxtla 15:00-da yollanacaqlar. Bu zaman havanın temperaturu +24 dərəcəyə yüksələcək, göy üzü bir qədər buludlu olacaq, mülayim şimal küləyi əsəcək.

Yağıntı gözlənilmir.

,