Aston Martin yeni tərəfdaşlarla müqavilə bağlayıb

Aston Martin komandası Girard-Perregaux və Replay şirkətləri ilə sponsorluq müqaviləsi bağlayıb.

F-1.az xatırladır ki, britaniyalılar daha əvvəl Cognizant və EPOS-la tərəfdaşlıq müqaviləsi bağlamışdı.

Komandanın işçiləri yeni mövsümdən etibarən Replay firmasının cins geyimlərindən istifadə edəcək. Şirkətin loqotipləri bolidin üzərində olacaq.

Bundan başqa Girard-Perregaux şirkəti də komandaya xüsusi saatlar istehsal edəcək və şirkətin loqotipləri komandanın geyimlərində olacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*