Argentina Rallisi-ndə 6 tamaşaçı zədələnib (video)

Bu gün Argentinada keçirilən Ralli üzrə Dünya Çempionatının növbəti mərhələsinin ikinci günündə baş verən insident nəticəsində 6 tamaşaçı zədələnib. F-1.az […]

Bu gün Argentinada keçirilən Ralli üzrə Dünya Çempionatının növbəti mərhələsinin ikinci günündə baş verən insident nəticəsində 6 tamaşaçı zədələnib.

F-1.az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, Hyundai komandasının Yeni Zelandiyalı sürücüsü Heyden Paddon Argentina mərhələsinin 9-cu xüsusi sahəsində döngələrin birində idarəetməni itirib və trasdan çıxaraq kənarda toplaşan tamaşaçılara çırpılıb. Zədələnmiş 6 tamaşaçı dərhal yaxınlıqdakı hospitala çatdırılıb, onlardan biri evə buraxılıb. Son məlumata görə, yaralananlardan biri intensiz terapiya şöbəsindədir, yerdə qalan dörd tamaşaçının vəziyyəti qənaətbəxşdir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*