AlphaTauri hədəflərinə çatmayıb

AlphaTauri komandasının texniki direktoru Codi Eqqinton bildirib ki, hələ də hədəflərinə çatmayıblar.

F-1.az xatırladır ki, ilk üç yarış Alphatauri üçün yaxşı keçməyib. Komanda yuki Tsunoda ilə bir neçə xal alıb. Lakin mövsüm başlayanda onların hədəfi tamam başqa idi. Hətta Frants Tost mühəndislərinə güvənmədiyini demişdi.

Codi Eqqinton: “Bolidimiz orta qrupda istənilən yerdə olmadığı üçün Frants çox məyusdur. Bunu açıq formada dedi. Özümüz üçün ən yaxşı hədəfləri seçmişdik. Bəzilərinə çatsaq da, bəzilərinə çatmadıq. Amma yenə də onlara çatacağıq. Peleton çox yaxın olduğu üçün orta qrupun gerisində qalırıq. Hədəflərimizə çatsaq, daha yaxşı yerdə olacağıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*