P.Qasli: 30 yaşımda əsa ilə gəzmək istəmirəm

AlphaTauri komandasının sürücüsü Pyer Qasli bildirib ki, 30 yaşında əsa ilə gəzmək istəmir.

F-1.az xatırladır ki, yeni nəsil bolidlərdə yer effekti daha üstündür. Buna görə də əksər bolidlər yüksək sürətdə dalğalanırlar. Bu da sürücülərin sözün əsl mənasında bellərini qırır.

Pyer Qasli: “Bu hal sağlam deyil. Hər sessiyadan əvvəl və sonra fizioterapiyaya getdim, çünki onurğa disklərim ağrıyırdı. Elə bil asılqan yoxdur. Onurğamız çox ağrayır.

Mən bolidin performansı itməsin deyə sağlamlığımı qurban verirəm. Bunu həmişə edəcəm, çünki mən pilotam və həmişə ən sürətli maşını istəyirəm. Ancaq FİA da bizim sağlamlığımızı düşünməlidir.

Belə sürmək olmaz. Sürücülərin brifinqində bu barədə danışdıq və dedik ki, 30 yaşında əsadan istifadə etmək istəmirik. Bu problemi həll edin”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*