Abu Dabidən təsdiq xəbəri

Abu Dabi Qran Prisinin təşkilatçıları təsdiq ediblər ki, yarışın startı yerli vaxtla saat 17:00-a keçirilib, yəni yarış əvvəl nəzərdə tutulduğundan […]

Abu Dabi Qran Prisinin təşkilatçıları təsdiq ediblər ki, yarışın startı yerli vaxtla saat 17:00-a keçirilib, yəni yarış əvvəl nəzərdə tutulduğundan iki saat gec başlayacaq. Yarışın startından 43 dəqiqə sonra günəş batmağa başladığı üçün süni işıqlandırmadan istifadə olunacaq…

Riçard Kreqan, trasın prezidenti: “Yas Marina avtodromu həm gündüz, həm də gecə vaxtı yarış qəbul etmək niyyətilə layihə olunmuşdu. Debüt yarışının gündüz və gecə vaxtının sərhədində keçirilməsi bizim işimizin nadirliyini nümayiş etdirəcək – yarış təbii işıq altında start alsa dasüni işıqlar altında başa çatacaq. Ümid edirəm ki, tamaşaçılar da unudulmaz təəssürat alacaqlar.”

Təşkilatçılar qeyd ediblər ki, süni işıqlandırma sistemi əvvəldən yandırılacaq ki, keçid maksimal dərəcədə hiss olunmasın…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*