21 Noyabr 2019, Cümə axşamı - 14:41

A.Prost: “Rəykkönenlə müqaviləni uzatmaq məntiqli qərardır”

A.Prost: “Rəykkönenlə müqaviləni uzatmaq məntiqli qərardır”

Müəllif: Elçin Zodorov, redaktor

12:51 - 20 İyul, 2016

Ferrari Silverstounda Kimi Rəykkönenlə olan müqaviləni daha bir il uzatdıqlarını açıqlamışdı. Sabiq dünya çempionu Alen Prost bu qərarı dəstəkləyib.

F-1.az xəbər verir ki, bu qərara təəccüblənənlər olsa da, daha çox adam Ferrari-nin qərarını alqışlamışdı. Buna səbəb isə Rəykkönenin keçən illə müqayisədə daha yaxşı çıxış etməsi və Sebastyan Fettellə münasibətlərinin yaxşı olması göstərilir.

Alen Prost: “Kimi əfsanəvi pilotdur. Olduqca qəribə xarakterli bir insandır, lakin Formula1-in belə insanlara ehtiyacı var. Ferrari-nin müqaviləni uzatmaq qərarı məntiqlidir. 2017-ci ildə reqlamentdə ciddi dəyişikliklər olacaq və belə bir vaxtda komandaya başqa bir pilotun gətirilməsi həm komanda, həm də Sebastyan üçün yaxşı olmazdı.

Silverstounda Ferrari-nin Red Bull-a ikinci olması üçün imkan verdiyini gördük. Özləri isə Force İndia ilə mübarizə aparmalı oldular. Bu, Ferrari kimi bir komanda üçün yaxşı nəticə deyil. Buna görə də onlar təmkinli olmalı və çalışmalarını davam etdirməlidirlər. Belə bir vaxtda Rəykkönen ilə müqaviləni uzatmaq ən yaxşı variant idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 481
Teqlər , ,
Paylaş

logo