F-1.az bildirir ki, britaniyalı sürücü 2012-cu ildə Red Bull-un sürücü akademiyasından göndərilib. Buna baxmayaraq, təslim olmayan gənc sürücü bu il Formula2 çempionatını 3-cü yerdə başa vurduqdan sonra gələn il üçün Toro Rosso komandasına transfer edilib.
Aleksander Elbon: “Çox çətin idi. Mənim üçün çətin mövsüm oldu. Təkcə nəticə olaraq yox, hər cəhətdən. Amma daha çox işləməyimə səbəb oldu. Yarış karyeramı bitirmək istədim. Helmut Marko mənə ikinci şans verməmişdi. Lakin təslim olmadım. Həmişə inandım. Büdcəm az olduğu üçün bilirdim ki, Formula1-ə girmək şansım azdır. Real şansımın Toro Rosso olduğunu bilirdim. Eyni zamanda Helmut Markonu da razı salmaq çətin idi”.