L.Louson Yaponiyada da yarışacaq

Liam Louson bu həftəsonu Yaponiyada Alphatauri ilə yarışmağa hazırlaşır

F-1.az xatırladır ki, yeni zellandiyalı sürücü keçən həftə Sinqapurda doqquzuncu olaraq, ilk xallarını qazanmışdı. Gənc sürücü bunu hələ üçüncü yarışında bacardı və artıq hər kəs onu növbəti mövsüm daimi yarışarkən görmək istəyir.

Lakin onun bu mövsüm nə edəcəyi məlum deyil, çünki Rikkardonun əli sağaldıqdan sonra yenidən AlphaTauri-nin kokpitinə qayıdacaq. Ancaq Liam Louson bu həftəsonu Suzukada da yarışacaq… O, daha əvvəl Super Formula seriyasında bu trasda yarışıb.

Piter Bayer Danielin yarışmayacağını deyib: “Daniel Fizioterapiya üçün Avstraliyaya uçur. Bizə mənəvi olaraq dəstək verəcək, amma Suzukada olmayacaq”

Liam Louson Sinqapur yarışından sonra bildirmişdi ki, gələcəkdə nə edəcəyi hələ məlum deyil: “Hələ nə edəcəyimi bilmirəm, amma yarışsam, əla olar, çünki Suzuka trasını yaxşı tanıyıram və orada Formula1 maşını sürmək maraqlı olacaq”.

Piter Bayer bildirib ki, AlphaTauri komandasının 2024-cü il heyəti üçün danışıqlar davam edir: “Danışıqlar yaxşı gedir. Liam etməli olduğu hər şeyi edir. Gələn il Alphatauri-də kimlərin yarışacağını tezliklə görəcəyik. Ancaq Daniel bu il qətiliklə sükan arxasına qayıdacaq. Liam da mövsümü Super Formula-da bitirmək istəyir”.

Qeyd edək ki, Super Formula-da mövsümün son yarışı oktyabrın 27-29-da Suzukada olacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*