Y.Trulli: “Mən maşından razıyam”

Monakodakı əsil uğuruszluqdan sonra Toyota yenidən liderlər qrupuna qayıdıb və Mühəndislər Kubokundakı üçüncü yerini möhkəmlədib. Yarno Trulli yalnız Censon Batton […]

Monakodakı əsil uğuruszluqdan sonra Toyota yenidən liderlər qrupuna qayıdıb və Mühəndislər Kubokundakı üçüncü yerini möhkəmlədib. Yarno Trulli yalnız Censon Batton və Red Bull sürücülərinə uduzaraq finiş xəttini dördüncü keçib…

Yarno Trulli: “Mən nəticədən və maşının davranışından razıyam, biz yenidən mübarizəyə qayıtmışıq, heyif bu dəfə podiumun bir addımlığında dayandıq. Mən komandaya gördüyü işə görə minnətdarlıq edirəm, ayrılıqda mühəndis və mexaniklərə də təşəkkür edirəm.

Start əla alındı – ilk döngəyə kimi mən iki mövqe qazandım, amma əyləclərin bolka düşməsi üzündən dördüncü yerə düşdüm. Bundan sonra yarış yaxşı tempdə keçdi, mən Rosberqlə mübarizə apardım – ilk pitdən sonra o məıni qabaqlaya bildim, ikinci pitdən sonra isə mən yerimi geri qaytardım. Tras tam işlənmiş rezinlə örtüləndə maşın çox sürətli idi. Biz uik-endə müsbət əhvalla başlamışdıq, optimal sazlanmaları tez tapdıq və şadam ki, yenidən rəqabətədavamlı olduq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*