Fransa rəsmiləri təqvimdə olmayacaqlarını təsdiqləyiblər

Fransa yarışının təşkilatçıları gələn il olmasa belə, sonrakı illərdə təqvimdən çıxacaqlarını təsdiqləyiblər.

F-1.az xatırladır ki, Fransa 2018-ci ildə Pol Rikar trası ilə təqvimə qayıtmışdı. Lakin onların Formula1-lə müqaviləsi ilin sonunda bitəcək.

2023-cü ildə təqvimə Las Veqas, Qətər və Çin daxil olacaq. Belə olan halda bəzi yarışların təqvimdən çıxarılması gözlənilir.

Qeyd edək ki, Formula1-in rəhbəri Stefano Domenikali də bildirib ki, Fransa yarışı növbəti mövsüm təqvimdə olmayacaq.

Fransa yarışının təşkilatçıları: “Fransa Qran Prisinin təşkilatları olaraq Stefano Domenikalinin 2023-cü ildə təqvimdə olmayacağımızla bağlı açıqlamasını diqqətlə izləyirik.

Builki uğurlu yarışdan sonra Fransa yarışının növbəli olaraq təqvimdə qalması üçün əlimizdən gələni edirik. Fransa Qran Prisi bütün idarəçilərinə və tərəfdaşlarına dəstəklərinə görə təşəkkür edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*