Rəsmən: S.Fettel karyerasını bitirir

Dördqat dünya çempionu Sebastyan Fettel mövsümün sonunda Aston Martin-dən və Formula1-dən ayrılacağını elan edib.

Sebastyan Fettel: “Son 15 il ərzində Formula 1-də çoxlu fantastik insanlarla işləmək mənə nəsib olub – hər kəsi xatırlamaq və təşəkkür etmək mümkün deyil. Mən son iki ildir ki, Aston Martin komandasını çıxış edirəm və nəticələrimiz gözlədiyimiz qədər yaxşı olmasa da, indi komandanın gələcəkdə ən yüksək səviyyədə yarışa bilməsi üçün hər şey yaradılır.

Belə gözəl insanlarla işləmək mənim üçün xoş idi. Lorens, Ləns, Martin, Mayk, ən yüksək səviyyəli menecerlər, mühəndislər, müxaniklər, bir sözlə hamı çox iddialı, bacarıqlı, təcrübəli, fədakar və mehriban insanlardır. Onlara hər şeyin ən yaxşısını arzulayıram. Ümid edirəm ki, keçmişdəki və builki işlərim gələcəkdə komandanın inkişafı üçün faydalı olacaq. Son on yarışda da əvvəlki kimi, komandanın xeyrinə tam gücümlə çalışacağam.

Təqaüdə çıxmaq qərarı asan olmadı, bu barədə çox düşündüm. İlin sonunda bundan sonra nə edəcəyimi düşünmək üçün özümə bir az vaxt ayıracam, amma ailəmlə daha çox vaxt keçirmək istəyirəm. Bu, vidalaşmaq deyil, hər kəsə, xüsusilə də ehtiraslı dəstəyi olmasa Formula1-in mövcud olmayacağı azarkeşlərə təşəkkürdür”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*