Britaniyanın Autosport saytının yaydığı xəbərə görə, Ferrari komandası bu gün nahardan sonra nəzərdə tutduğu yeni F10-un testlərindən imtina etməli olub.
Nəzərdə tutulurdu ki, rəsmi təqdimatdan sonra Felipe Massa Fyoranoda zavod trasında bir neçə dövrə vuracaq, amma hava çox soyuyub, trası buz örtüb, ona görə də testlər təxirə salınıb. Komanda bildirib ki, hava şəraiti imkan verən kimi testlər keçiriləcək…





