J.Vilnöv: Mercedes taxtdan düşüb

Sabiq Formula1 sürücüsü Jak Vilnöv bildirib ki, Mercedes artıq eyiblərini güclü motorla örtə bilmir.

F-1.az xatırladır ki, “gümüşü oxlar” mövsümə elə də yaxşı başlamayıb və mövsümün ilk iki yarışında Red Bull və Ferrari-dən geridə qalıb.

Jak Vilnöv: “Mercedes artıq taxtdan düşüb. Uzun illər idi ki, zəif yönlərini güclü motorla gizlədirdilər, amma artıq bu mümkün deyil. Komandanın buna necə reaksiya verdiyini görəcəyik. Toto və Lyuis belə hallara öyrəşməyib. Çempionluq üçün yarışmaq onlar üçün artıq ehtima belə deyil.

Corc Rassell bu maşını sürə bilər, çünki Williams-da daha pis maşınları sürərək belə hallara öyrəşib. Ancaq Lyuis bu peroblemlərlə bacarmır. Həmişə güclü maşını olub. Heç vaxt çətinlik görməyib. Bolid hazırda onun stilinə uyğun deyil. Artıq titul uzaqdadır. Mercedes güclənənə qədər Lekler və Ferstappen çox uzaqda olacaqlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*