Macarıstanda keçirilən Qran Pri üçün Uokinqdən olan komanda kifayət qədər genişmiqyaslı texniki yeniliklər paketi hazırlamışdı, bu da ən yüksək nəticələr uğrunda mabrizə aparmağa imkan vermişdi: Norris sıralanma turunu da qazanmışdı, yarışın, demək olar ki, ilk yarısında onun komanda yoldaşı Oskar Piastri, ikinci yarısında isə Lando liderlik etmişdilər.
Lakin McLaren komandasının rəhbərinin sözlərinə görə, şassinin daha da təkmilləşdirilməsi prosesində diqqət yetirilməli konkret məqam var:
“Biz bir sıra sahələrdə irəliləyiş etmişik və ən azı Macarıstandakı nəticələr göstərir ki, tempə görə artıq Ferrari ilə tamamilə bərabərik. Bununla belə, maşının aşağı sürətlərdəki davranışı əlavə təkmilləşdirmələr tələb edir.
MCL40-ın effektivliyi müəyyən dərəcədə düzlüklərdəki sürətin sayəsində artıb, amma, məncə, buna güc qurğusu Mercedes təsir göstərir.
Macarıstanda təqdim olunan yeniliklər maşının modernləşdirilməsi dövrünün yalnız bir hissəsidir və bu dövr bir neçə mərhələyə bölünüb. Biz hələ yalnız onun ilk mərhələsini həyata keçirmişik və növbəti yarışlar üçün bir sıra digər yeniliklər hazırlayırıq”.





