Xuan Pablo Montoya Çempionlar Yarışının qalibidir!

Çempionlar yarışı (Race of Champions) tarixdə ilk dəfə Mayamidə keçirilib və Xuan Pablo Montoya ilk dəfə bu yarışa qatılıb. Yarışın gedişi elə cərəyan edib ki, Amerika torpağında debüt yarışında debütant sürücü qalib olub.

Amma bu gecə sensasiya təkcə qalib deyildi – sonuncu turnirin qalibi Sebastyan Fettel qrup mərhələsində İndyCar-ın veteran sürücüsü Helio Kastroneveşə və sürücüdən çox kaskadyor olan motosiklet jonqlyoru Trevis Pastranaya uduzaraq mübarizəni dayandırıb. Sebastyan bu gecə yalnız İndy-500 yarışının keçənilki qalibi Aleksander Rossi üzərində qələbə qazana bilib.

Daha bir Formula1 sürücüsü Paskal Verlyayn da mübarizəni ilk mərhələdə dayandırıb – almaniyalı sürücü yalnız ralli çempionu Peter Solberqi məğlub edib, digər iki görüşdən isə məğlub ayrılıb. Maraqlıdır ki, Montoya qrup mərhələsində Felipe Massaya uduzub. Felipenin Paskalla yarışı isə ikincinin qəzası ilə başa çatıb.

Digər qruplardan növbəti mərhələyə Le Manın 9 qat qalibi Tom Kristensen, NASCAR ulduzu Kayl Buş və bizim yaxşı tanıdığımız britaniyalılar – Censon Batton və Devid Kulthard çıxıblar.

Dörddə bir finalda Montoya Pastrananı, Massa Kastroneveşi, Kristensen Battonu, Kulthard isə Buşu məğlub ediblər.

Birinci yarımfinalda Felipe və Xuan Pablo görüşüblər. Qarşıdurmanın ilk yarışında braziliyalı sürücü qalib gəlsə də, sonuncu döngədə baryerə toxunduğu üçün hakimlər tərəfindən nəticəsininü zərinə 5 saniyə əlavə olunub, ikinci yarışda isə kolumbiyalı sürücü qalib gələrək finala çıxıb. Digər qarşıdurmada isə “mister Le Man” iki qələbə qazanaraq Devidi tribunalara göndərib.

Finalda tamaşaçılar iki veteran sürücünün yarışını izləyiblər: 49 yaşlı Kristensen və 41 yaşlı Montoya. Aiəsi ilə birlikdə çoxdan Mayamidə yaşayan Montoya “həmyerlilərinin” dəstəyi ilə ruhlanaraq finalda iki qələbə qazanaraq debüt etdiyi yarışda qalib elan olunub.

F-1.az xatırladır ki, bu gecə Mayamidə turnir çərçivəsində “Millətlər Kuboku”nun qalibi müəyyənləşəcək…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*