M.Şumaxer: “Briatore çox sərt biznesmendir”

Mixael Şumaxer keçən il Braziliya Qran Prisində karyerasının son yarışını keçirib və ondan sonra Qran Prilərə baş çəkməyib. Keçən həftəsonu […]

Mixael Şumaxer keçən il Braziliya Qran Prisində karyerasının son yarışını keçirib və ondan sonra Qran Prilərə baş çəkməyib. Keçən həftəsonu yeddiqat dünya çempionu Sky İtalia telekanalına müsahibəsində Benetton komandasında Flavio Briatore ilə münasibətlərindən danışıb…

Mixael Şumaxer: “Flavio Formula1-ə gələndə yarışlardan heç başı çıxmırdı – onun üçün hər şey yeni idi. Amma Flavio ciddi vəzifə bölgüsü etmişdi – özü komandanın bütün maliyyə problemlərini həll edirdi, Tom Uokinşou isə komandanın idman və texniki tərəflərinə məsuliyyət daşıyırdı.

Buna baxmayaraq, Flavio fenomenal iş görürdü. Bütün maliyyə və təşkilati məsələlər tam onun nəzarətində idi. O başa düşürdü ki, texnikadan başı çıxmır, ona görə də mühəndislərə mane olmurdu – o əla balans tapmışdı. Flavio çox sərt biznesmendir, amma sürücülərə əla menecerlik edirdi. Biz onunla yaxşı dost olduq və birlikdə əla vaxt keçirdik.”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*