Xeres testlərinin cədvəli

İki gündən sonra komandalar Xeresdə mövsümöncəsi testlərin ikinci seriyasına başlayacaqlar. Birinci seriyanın yeddi iştirakçısına daha üç komanda əlavə olunacaq – […]

İki gündən sonra komandalar Xeresdə mövsümöncəsi testlərin ikinci seriyasına başlayacaqlar. Birinci seriyanın yeddi iştirakçısına daha üç komanda əlavə olunacaq – keçən həftə yeni maşınını nümyiş etdirmiş Virgin Racing komandası, sabah internetdə yeni maşınını təqdim edəcək Force İndia komandası və test günü maşınını nümayiş etdirib, dərhal trasa göndərəcək Red Bull Racing komandası.

Komandalar testlərdə yalnız bir maşınla işləyə bilərlər, ona görə də sürücülər sükan arxasında bir-birilərini əvəz etməlidirlər. Sürücülərin iş cədvəli komandalar tərəfindən əvvəldən elan olunub, amma testlərin gedişində düzəlişlər ola bilər…

Komandalar 10 fevral 11 fevral 12 fevral 13 fevral
McLaren C.Batton C.Batton L.Həmilton L.Həmilton
Mercedes GP N.Rosberq M.Şumaher N.Rosberq M.Şumaher
Red Bull M.Uebber M.Uebber S.Fettel S.Fettel
Ferrari F.Alonso F.Alonso F.Massa F.Massa
Williams N.Hülkenberq N.Hülkenberq R.Barrikello R.Barrikello
Renault V.Petrov V.Petrov R.Kubitsa R.Kubitsa
Force İndia V.Liutsi V.Liutsi A.Sutil A.Sutil
Toro Rosso S.Buemi S.Buemi X.Algersuari X.Algersuari
Virgin T.Qlok T.Qlok L.di Qrassi L.di Qrassi
Sauber K.Kobayaşi K.Kobayaşi P.de la Rosa P.de la Rosa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*