D.Hill: Mercedes ciddiyə alınmalıdır

Sabiq Formula1 pilotu Deymon Hill düşünür ki, Mercedes problem yaşasa da, hər dəfə geri qayıda bilir.

 

F-1.az xatırladır ki, “gümüşü oxlar” qış testlərində nisbətən zəif təsir bağışlayıblar.

Deymon Hill: “Görək yeni bolidlər və reqlament mübarizəni artıra biləcəkmi? Sürücülər öndəki rəqibi izləyə bilsə və ya təkər-təkərə mübarizə olsa, mübarizə artacaq.

Proqnoz verməyə qorxuram. Keçən il Yuki Tsunoda testlərdə ən yaxşı nəticəni göstərmişdi, amma o, çempionluğa namizəd deyildi. Məncə, Ferrari, Red Bull və Mercedes çempionluq uğrunda mübarizə aparacaq. McLaren barədə bir söz deyə bilmərəm. Qarışıq performans göstərdilər. Ümid edirəm ki, yeni reqlamentə görə aerodinamik boruda daha çox vaxt keçirəcək komandalar ön plana çıxarlar.

Belə görünür ki, Mercedes hələ ideal səviyyədə deyil. Ancaq onlar dəfələrlə geridönüş ediblər. Yenə də ön qrupda olacaqlar. Sürücü heyətləri güclüdür. Bütün dövrlərin ən yaxşısı olan Həmiltonla gənc istedad Rassell onların şərəfini qoruyur. Lyuisin qeyri-adi yarış istedadı var. Rassell də rəqabətədavamlıdır. Mercedes Mühəndislər Kubokunu qorumaq istəyirsə, onun kimi sürücüsü olmalıdır.

Ferrari testlərdə güclü görünürdü. Williams isə məni məyus etdi. Onlardan daha yaxşı performans gözləyirdim. Haas keçənilki resurslarını bu ilə saxladı və inkişaf etməlidirlər. Görək Mik bu il Kevinə qarşı nə edəcək. Mik yaxşı oğlandır, amma Formula1-də bacarmaya bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*