R.Şumaxer: Bottas Mercedes üçün problemdir

Sabiq Forula1 sürücüsü Ralf Şumaxer bildirib ki, Valtteri Bottas artıq Mercedes üçün problemə dönür.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Azərbaycan yarışında bərbad performans göstərib. O, yarışa 10-cu yerdə başlasa da, finişə 12-ci yerdə çatıb.

Ralf Şumaxer: “Bottas Mercedes üçün problemə dönür. Monakoda güclü olsa da, Bakıda bərbad idi. Belə olan halda, Mercedes çempionluq uğrunda mübarizədə çətinlik çəkəcək. Həm Mühəndislər Kubokunda geri qalırlar, həm də Həmiltona kömək etmir.

Tez-tez pit-stop strategiyalarından danışırıq. Yaxşı komanda yoldaşı rəqibinizə mane ola bilər. Yoxsa rəqibı yaxın gedə bilmirsə, işə yaramaz. Sürətli komanda yoldaşı pit-stopdan əvvəl rəqibi ləngisə bilər və belə olan halda lazımi məsafəni açarsınız”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*