25 Avqust 2019, Bazar - 22:59

X.Algersuari daha bir şansa ümid edir

X.Algersuari daha bir şansa ümid edir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:33 - 13 Mart, 2013

Xayme Algersuari 2013-cü ildə Formula1-ə qayıtmağa ümid edirdi, amma heç bir komanda ilə müqavilə imzalaya bilmədi. Çıxışlarının birində “Formula1 artıq […]

Xayme Algersuari 2013-cü ildə Formula1-ə qayıtmağa ümid edirdi, amma heç bir komanda ilə müqavilə imzalaya bilmədi. Çıxışlarının birində “Formula1 artıq hərraca çevrilib” deyən gənc sürücü tənqid atəşinə tutulsa da, ikinci şansı almaq ümidini hələ də itirməyib…

Xayme Algersuari: “Əlbəttə, təəssüflənirəm ki, Formula1-əq ayıda bilmədim. Mənə yarış dünyasında qalmaq, trasda işləmək, məsələn, Pirelli-nin testlərində işləmək çox vacibdir. Bununla mən formada qalıram – əgər çempionata qayıtsam, onda buna tam hazır olacam.

Adrian Sutil qayıda bildi və dərhal dedi ki, ona elə gəlir ki, hələ dünən Formula1 maşınını sürüb. Mən Formula1-də 19 yaşında debüt etdim, 21 yaşında isə çempionatı tərk etdim, bunu uğurlu karyera hesab etmək olmaz, amma bütün bu vaxt ərzində mən karyeramın necə davam etməsini dəqiq bilmirdim.

Həyatda sona qədər getmək, özünə inamı itirməmək və gələcəyinə inanmaq həmişə vacibdir. Əgər nə vaxtsa əlimə mənim potensialımı açmağa imkan verən maşın düşərsə, hər şey dəyişəcək.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 319
Teqlər , ,
Paylaş

logo