17 Dekabr 2018, Bazar ertəsi - 07:28

Meksika-2018: Pirelli – SuperSoft, UltraSoft və HyperSoft

Meksika-2018: Pirelli – SuperSoft, UltraSoft və HyperSoft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:09 - 23 Oktyabr, 2018

Pirelli şirkəti Meksikaya əm yumşaq üçlüyü – SuperSoft, UltraSoft və HyperSoft tərkiblərini gətirəcək.

F-1.az bildirir ki, şirkətin idman bölməsinin başçısı Mario İzola bu seçimi aşağıdakı kimi əsaslandırıb…

Mario İzola: “Biz Meksikaya, adətən, şəhər traslarına gətirdiyimiz yumşaq tərkibləri gətirəcəyik. Gözləyirik ki, komandalar təkərlərin aşınmasını və dağılmasını diqqətlə izləyəcək, nəzarətdə saxlayacaqlar. Pit-leynin uzunluğunu və vaxt itkisini nəzərə alsaq, komandalar yarışı cəmi bir pit-stopla başa vurmağa çalışacaqlar.

Hava da vacib faktor olacaq. Əvvəlki yarışlar biz ilin bu vaxtında burada müxtəlif hava şəraiti ilə üzləşmişik, yarış zamanı daim insidentlər yaşanır, Təhlükəsizlik Maşınının trasa çıxmaq ehtimalı 60%-dən yüksəkdir. Belə bir şəraitdə strateji seçimin yumşaqlığı vacib əhəmiyyət kəsb edir…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 204
Teqlər , , ,
Paylaş

logo