P.Hembri: “Melburnda təkərlərin yeyilməsi normada olacaq”

Pirelli Motorsport-un başçısı Pol Hembri Barselona testlərinə yekun vuraraq təkərlərin həddən tez yeyilməsinin səbəblərini açıqlayıb… Pol Hembri: “Barselonada komandalar təkərlərin […]

Pirelli Motorsport-un başçısı Pol Hembri Barselona testlərinə yekun vuraraq təkərlərin həddən tez yeyilməsinin səbəblərini açıqlayıb…

Pol Hembri: “Barselonada komandalar təkərlərin həddən yüksək yeyilmə səviyyəsi ilə üzləşiblər, amma bunun əsas səbəbi hava şəraitidir. Testlərin gedişində hava şəraiti mövsümün gedişində adət etdiyimiz havadan kəskin fərqlənir, hava çox soyuq idi, sonuncu gün isə hətta yağış yağdı.

Ona görə də təkərlər adi temperatur diapazonundan kənarda işləyirdilər, nəticədə problemlər üzə çıxdı – xüsusən də təkərlərin dənlə örtülməsi. Ən yumşaq təkərdən itisfadə etmək olmadı – həm asfalt örtüyü, həm də hava uyğun deyildi.

Nəzərə almaq laızmdır ki, komandalar hələ də maşınların sazlanmalarına ciddi düzəlişlər edirlər və onları yeni təkərlərə uyğunlaşdırmağa çalışırlar. Biz Melburna gələn kimi vəziyyət dəyişəcək və təkərlərin sürətlə yeyilməsi gedəcək – hər şey normada olacaq…”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*