WRC Finlandiya və Yeni Zelandiyadakı mərhələlərini itirib

Daha iki yarış Dünya Ralli Çempionatının təqvimini tərk edib - hər iki halda onların təşkil olunmasında çətinliklər yaranıb.

F-1.az bildirir ki, avqustun əvvəlində keçirilməsi planlaşdırılan Finlandiya mərhələsi ölkəyə giriş məhdudiyyətləri səbəbiylə reallaşmayacaq. Yarışın təşkilatçılarının sözlərinə görə, virus pandemiyası ilə bağlı ölkədə vəziyyət yaxşılaşır, lakin xarici iştirakçılar və tamaşaçılar üçün maneəsiz sərhədi keçmə zəmanətini verə bilmirlər, buna görə də yarışı keçirməmək qərarına gəliblər.

Yeni Zelandiya mərhələsinin ləğvi ilə bağlı qərarın veriləcəyi isə gözlənilən olub. Hələ may ayının sonunda məlum olmuşdu ki, çempionatın rəhbərliyi 2020-ci ildə Avropanı tərk etməyi planlaşdırmırlar. Sentyabrın ilk həftəsində keçiriləcək yarışın ləğv edilməsi rəsmən bu gün məlum olub.

Səbəb kimi yenə giriş məhdudiyyətləri, həmçinin çox bahalı logistika gəstərilib. WRC sonuncu dəfə 2012-ci ildə Yeni Zelandiyaya gəlmişdi (şəkildə) və indi yerli təşkilatçılar 2021-ci il mövsümünə hazırlaşa bilərlər.

Xatırladaq ki, daha əvvəl Çili, Portuqaliya və Keniya yarışları da ləğv edilmişdi. Keçən mövsümün sonunda Avstraliya məhrələsini də keçirmək mümkün olmamışda – o zaman meşə yanğınları buna səbəb olmuşdu.

İndi cari çempionatın təqvimindəki ən yaxın yarış sentyabr ayının sonuna planlaşdırılan Türkiyə Rallisidir. Bununla belə, İtaliya Rallisi daha əvvəl təxirə salındığı üçün daha erkən keçirilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*