WRC-nin 2021-ci il mövsümü üçün təqvimində yarışların yarısı olmayacaq

Dünya Ralli Çempionatının 2021-ci il mövsümü uzun illərdən sonra ən qısa mövsüm ola bilər.

F-1.az bildirir ki, FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası bu gün Dünya Ralli Çempionatının növbəti mövsüm üçün təqvimini təsdiq edib – təqvimdə builki 13 mərhələdən yeddisi qalıb, yəni təxminən yarısı yoxa çıxıb.

Çempionat Meksika, Britaniya, Yeni Zelandiya, Argentina, Türkiyə və Almaniyadakı mərhələləri itirib. Bunun əvəzinə Avstraliya və İspaniyadakı mərhələlər təqvimə qayıdıblar. Nəticədə 2021-ci il təqvimində 2020-ci ildə olan 13 yarış əvəzinə cəmi 9 yarış var.

Maraqlıdır ki, FİA-nın təqvim versiyasında gələcək mərhələlər üçün tarix yoxdur: təqvim sadə siyahı şəklində dərc olunub.

WRC 2021-ci il mövsümünün təqvimi

Ralli Örtük
Monte Karlo* Asfalt
Finlandiya Çınqıl
Portuqaliya Çınqıl
İsveç Qar
Keniya Çınqıl
İspaniya Asfalt
İtaliya Çınqıl
Yaponiya Asfalt
Avstraliya** Çınqıl

* müqavilə bağlanana qədər sual altında qalır

** yeni məkan, lakin eyni təşkilatçı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*