Fettel şayiələrə cavab verib

F-1.az xəbər verir ki, keçən il F1 karyerasını başa vuran dördqat dünya WRC seriyasına keçidi barədə çıxan xəbərlərə münasibət bildirib.

Sebastyan Fettel: “Mən həmişə ralli sürücülərinə heyran olmuşam. Ancaq yarışları izləmək və iştirak etmək fərqli şeylərdir. Ralli yarış və bacarığı birləşdirən möhtəşəm idman növüdür, lakin bu Formula2 deyil. Ralli sürücüləri əladır və təəssüf ki, layiq olduqları diqqəti görmürlər. Bu, Skandinaviyada məşhur yarışdır, lakin bütün dünyada daha çox tanınmalıdır. Çünki orada əsl peşəkarlar çıxış edirlər. Əgər nə vaxtsa orada iştirak etmək qərarına gəlsəm, o zaman yarışlardan əvvəl ciddi hazırlıq prossesindən keçməli olaram. Çünki bu, mənim üçün tamamilə yeni bir şey olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*