Rovanpera cümə gününü öndə başa başa vurub

Dünya Ralli Çempionatının (WRC) növbəti mərhələsi Portuqaliyanın meşələrində start götürüb. Cümə günü çempionat iştirakçıları tozlu-torpaqlı meşə yollarında 8 dopu arxada qoyublar.

F-1.az xəbər verir ki, mübarizə günün sonunadək gərgin alınıb. İlk dopdan sonra liderliyə Ford komandasından Pyer Lui Lube yüksəlib. Amma növbəti dopda onun maşınında baş verən yanğının söndürülməsi vaxt itkisinə səbəb olub. Nəticədə dopda birinci olan onun komanda yoldaşı Ott Tənak rallidə liderliyi ələ alıb.

Amma estoniyalı sürücünün də bəxti gətirməyib – 4-cü dopda təkəri partladığı üçün bir dəqiqə vaxt itirməli olub və liderliyə Hyundai komandasının veteran sürücüsü Dani Sordo yüksəlib.

Cümə günü baş tutan 8 dopdan dördündə qələbə qazanan Toyota-dan Kalle Rovanpera günə zəif başlasa da, daha sonra hamını bir-bir qabaqlayıb və 5-ci dopdan sonra liderliyi ələ alıb. Günün sonuncu dopunda qələbə qazanan Dani Sordo tarixin ən gənc dünya çempionu ilə fərqi 10.8 saniyəyə sala bilib.

Bu cütlüyün arxasında isə 4 sürücünün gərgin mübarizəsi gedib və 7-ci dopda mövsümün lideri Toyota-dan Elfin Evansın ağır qəzası ilə nəticələnib. Yekunda ilk üçlüyü Hyundai-nin lideri Tyerri Növill tamamlayıb – belçikalı sürücü liderə 26 saniyə uduzur. Lube Növillə 0.9 saniyə uduzur və Hyundai-dən Esapekka Lappini 0.4 saniyə qabaqlayır.

Ott Tənak bir dəqiqədən çox uduzmaqla ilk altılığı qapadıb.

Şənbə günü Portuqaliyada mübarizə 7 dopda davam edəcək…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*