K.Rovanpera çempionluğu gözləmirmiş

Toyota komandasının sürücüsü Kalle Rovanpera bildirib ki, belə tez çempion olmağı gözləmirmiş.

F-1.az xatırladır ki, finlandiyalı sürücü 2022-ci il mövsümünü çempion kimi bitirərək, ralli tarixinin ən gənc çempionu olub.

Kalle Rovanpera: “İlk çempionluğu qazanmaq həmişə çətin olub. Ancaq bu mövsüm bizim üçün yaxşı keçdi. Belə tez çempion olmağı gözləmirdik, amma həmişə hədəfimiz bu olub. Bu müddət ərzində təcrübəsiz olduğumu hiss etmədim”.

,