Williams Razılıq Müqaviləsini imzalayan üçüncü komanda olub

Williams komandası 2021-2025-ci illəri əhatə edən Razılıq Müqaviləsini imzalayan üçüncü komanda olub.

F-1.az xatırladır ki, bu müqaviləni ilk olaraq McLaren və Ferrari komandaları imzalayıblar. Williams da onların izi ilə gedərk, daha 5 il idmanda qalacağını təsdiqləyib. Beləliklə, Formula1 tarixinin ən uğurlu üç komandası daha 5 il bir-biri ilə mübarizə aparacaq.

Kler Uilyams: “Yeni müqavilə həm bizim üçün, həm də idman üçün vacibdir. Formula1-in tarixini komandalarından biri olaraq, idmanın getdiyi yöndən təsirləndik. Ümid edirik ki, gəlirlərin daha ədalətli formada paylanması və büdcə limiti idmanda rəqabəti artıracaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*