Williams komandasının boksunda yenə də yanğın olub

Bu gün səhər Nürburqrinqdə Williams komandasının boksunda insident yaşanıb – Pastor Maldonadonun maşını tüstülənib – komanda avtodromun yanğınsöndürmə xidmətinə müraciət […]

Bu gün səhər Nürburqrinqdə Williams komandasının boksunda insident yaşanıb – Pastor Maldonadonun maşını tüstülənib – komanda avtodromun yanğınsöndürmə xidmətinə müraciət etməli olub. İnsident nəticəsində heç kim zədələnməyib, Williams komandası bu münasibətlə rəsmi bəyanat yayıb…

Bəyanatda deyilir: “Yerli vaxtla səhər saat 8:30-da Pastor Maldonadonun maşınında KERS problemi üzə çıxıb. Maşın boksda idi, tüstülənmə baş verib, amma komanda operativ reaksiya verərək yanğının qarşısını alıb – komandaya avtodromun yanğınsöndürmə xidməti əvəzsiz kömək edib. Personaldan heç kim zədələnməyib.

Hazırda komanda nasazlığın səbəbini ararşdırır və Pastorun maşınında insidentin nəticələrini qiymətləndirir…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*