23 Avqust 2019, Cümə - 13:10

Almaniya Qran Prisi: Pirelli – Medium və Soft

Almaniya Qran Prisi: Pirelli – Medium və Soft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:15 - 04 İyul, 2013

Pirelli şirkəti Almaniyaya orta təkər cütlüyünü – Medium və Soft tərkiblərini gətirəcək: bu cütlük sonuncu dəfə Çin Qran Prisində istifadə […]

Pirelli şirkəti Almaniyaya orta təkər cütlüyünü – Medium və Soft tərkiblərini gətirəcək: bu cütlük sonuncu dəfə Çin Qran Prisində istifadə olunmuşdu. Bundan başqa Nürburqrinqdə komandalara verilən arxa təkərlərin əsası poladdan deyil, kevlardan (süni polad əvəzləyicisi) olacaq…

Pol Hembri, Pirelli Motorsport: “Nə qədər təəccüblü olsa da, bizim bur trasda iş təcrübəmiz çox azdır – yalnız bir yarışda biz burda olmuşuq, amma əminəm ki, seçdiyimi tərkiblər sürət və təkərlərin yeyilməsi arasında kompromis əldə etməyə imkan verəcəklər.

Faktiki olaraq biz 2011-ci ildə istifadə etdiyimiz təkərləri bu trasa gətirəcəyik, sadəcə bu dəfə təkərlər daha yumşaq və daha sürətli olacaqlar, ona görə də mən gözləyirəm ki, yarışın müddəti daha qısa olacaq və sürücülər çoxu yarış məsafəsini 3 pit-stopla başa vuracaqlar.

Nürburqrinqdə təkərlər elə də çox yüklənmirlər, amma şikanada yerləşdirilmiş porebriklərə xüsusi diqqət yetirmək lazımdır. Biz gözləyirik ki, tərkiblər arasında sürət fərqi 0.8-1.0 saniyə olmalıdır və komandalar müxtəlif taktiki sxemlər tətbiq edəcəklər.”


Almaniya Qran Prisi: Pirelli – Medium və Soft

Almaniya Qran Prisi: Pirelli – Medium və Soft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:21 - 19 İyul, 2012

Pirelli şirkəti Silverstounda gələn il üçün nəzərdə tutulmuş yeni Hard tərkibini yoxlamağı planlaşdırmışdı, amma pis hava üzündən bunu edə bilməmişdi. […]

Pirelli şirkəti Silverstounda gələn il üçün nəzərdə tutulmuş yeni Hard tərkibini yoxlamağı planlaşdırmışdı, amma pis hava üzündən bunu edə bilməmişdi. Şirkət yeni təkərləri Hokkenhayma gətirib və ümid edir ki, bu dəfə hava testlərə mane olmayacaq…

Pol Hembri: “Silverstounda yağışlı hava bizim planlarımıza mane oldu, amma biz ümid edirik ki, sürücülər yeni Hard tərkibini Hokkenhaymın cümə sərbəst yürüşlərində yoxlaya biləcəklər. İlin bu vaxtında Almaniyanın havası İngiltərənin havası kimi gözlənilməz ola bilər: iki il əvvəl biz buraya GP3-lə gəlmişdik və uik-endin hər üç günü yağış yağmışdı.

Biz komandalarla məhsuldar dialoq aparırıq və Pirelli həmişə çoxluğun təklifini nəzərə alacaq. Sözsüz ki, bizə yeni təkərlər barədə hər bir kəsin fikrini eşitmək maraqlıdır.

Qarşıdakı yarış üçün biz orta cütlüyü – Medium və Soft tərkiblərini seçmişik. Keçən il bu trasda işləməmişdik, amma bu cütlük artıq dörd trasda tətbiq olunub və xarakteristikalarına görə həmin traslar kimi olmalıdır. Ümid edirəm ki, komandalar 2 və ya 3 pit-stoplu strategiyaya üstünlük verəcəklər.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 487
Teqlər , , , , , ,
Paylaş

logo