22 Avqust 2019, Cümə axşamı - 06:48

Pirelli Almaniya Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Pirelli Almaniya Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Elçin Zodorov, redaktor

18:24 - 19 İyul, 2016

Builki reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Almaniya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, gələn həftənin sonunda baş tutacaq yarışa Pirelli orta üçlüyünü – Medium, Soft və SuperSoft tərkiblərini gətirəcək. Komandalar mövsümdə artıq 7-ci dəfə bu üçlükdən istifadə edəcəklər. Maraqlıdır ki, bütün sürücülər Medium təkərdən 1 dəst sifariş edərkən, Force İndia-nın sürücüləri 3 dəst sifariş ediblər, Ferrari isə liderlər arasında ən çox yumşaq təkər dəsti sifariş edib.

SürücüKomandaMediumSoftSuperSoft
Lyuis HəmiltonMercedes AMG148
Niko RosberqMercedes AMG148
Sebastyan FettelFerrari139
Kimi RəykkönenFerrari139
Valtteri BottasWilliams157
Felipe MassaWilliams157
Daniel RikkardoRed Bull148
Maks FerstappenRed Bull148
Niko HülkenberqForce İndia346
Serxio PeresForce İndia346
Kevin MaqnussenRenault157
Colion PalmerRenault157
Daniil KvyatToro Rosso148
Karlos SaynsToro Rosso148
Fernando AlonsoMcLaren139
Censon BattonMcLaren139
Markus ErikssonSauber139
Felipe NasrSauber139
Paskal VerlyaynManor148
Rio HaryantoManor148
Roman QrojanHaas157
Esteban QutyerresHaas157

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 548
Teqlər , , , , ,
Paylaş

logo