V.Bottas: Daha yaxşı olacaq

Mercedes komandasının sürücüsü Valtteri bottas bildirib ki, şənbə günü daha güclü olacaq.

F-1.az xatırladır ki, finalndiyalı sürücü Rusiyadakı cümə sərbəst yürüşlərində at oynadaraq birinci olub.

Valtteri Bottas: “Həmişə daha yaxşısı mümkündür. Boliddə özümü yaxşı hiss etdim və balans yaxşı idi. Buna görə də kiçik sazlanmalar etdik və qazanc əldə etdik. Həm yarış, həm də sıralanma tempində rahat idim.

Trasın qabaqlı olması böyük problem deyil. Onlar daha əvvəl də var idi. Buna görə də fərqi yoxdur.

Bu trası, buradakı döngələri sevirəm. Burada bolid balanslı olanda sürməkdən həzz alıram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*