V.Bottas Alonso kimi olmaq istəmir

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Fernando Alonso kimi avtoidmanın "üç tacı" barədə düşünmür.

F-1.az xəbər verir ki, finlandiyalı sürücü mövsüm ərzində 25 yarışın keçirilməsini istəmir: “Əgər Fernandonun fərqli seriyalarda yarışması üçün enerjisi varsa, deməli problem yoxdur. Bəlkə də, Formula1-də uzun illərdir çıxış etdiyi üçün fərqli şeylər sınamaq istəyir. Amma mən başqa seriyada yarışacağımı düşünmürəm. Onsuz da 21 yarışa çıxacağıq və planda bu sayın artması da var. Məncə, maksimum 25 olmalıdır. Artığı mümkün deyil. Yarışa getmək logistik cəhətdən də heç asan deyil. Bilmirəm necə edəcəklər, amma sayı artırmaq olmaz”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*