A.Sutil Force İndia-da qalır?

Adrian Sutilin meneceri bildirib ki, alman sürücü tezliklə Force İndia ilə müqaviləsini uzadacaq və beləliklə də komandada dördüncü mövsümünü keçirəcək […]

Adrian Sutilin meneceri bildirib ki, alman sürücü tezliklə Force İndia ilə müqaviləsini uzadacaq və beləliklə də komandada dördüncü mövsümünü keçirəcək (əgər Spyker-dən hesablasaq beşinci). Şayiələr gəzirdi ki, 27 yaşlı alman sürücü Vicey Malyanın komandasındakı yerini itirə bilər, amma sürücünün menecmenti narahatlıq keçirmir, hərçənd yeni müqavilənin imzalanması məlum olmayan səbəblər üzündən həqiqətən ləngiyir.

Amma Sutilin meneceri Manfred Tsimmermanın sözlərinə görə, “hələ Cənubi Koreyada ilkin razılaşma əldə olunmuşd, ona görə də müqavilə tezliklə imzalanacaq.”

Almaniyanın Motorsport-Total jurnalı qeyri-rəsmi məlumatlara əsaslanaraq yazır ki, çox güman ki, Force İndia-da bir yeri DTM-in builiki çempionu Pol di Resta tutacaq, gənc şotlandiyalı sürücünün Mercedes dəstəkləyir. Onun komanda yoldaşı isə Adrian Sutillə yanaşı Niko Hülkenberq də ola bilər.

Deyilənlərə görə, Adrianın şəxsi sponsoru elektronika istehsal edən yerli Medion şirkəti maliyyə problemləri üzündən Formula1-i tərk edə bilər, amma Tsimmerman bunu təkzib edib: “Medion builki nəticələrdən çox razı qalıb və gələn mövsümdə də çempionatda qalacaq. Hazırda ilin yekunlarının təhlili gedir, bundan sonra 2011-ci il üçün sponsor müqaviləsi də imzalanacaq.”

Tsimmerman əmin edir ki, Sutilin çempionatda qalması Medion-un mövqeyindən asılı deyil: “Force İndia-da qalmaq üçün Adriana sponsor dəstəyi lazım deyil: komanda onunla əməkdaşlığı davam etdirməyə hazırdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*