Ştayner: İlin sonunda 22-ci yarış üçün yer tapmaq çətindir

Formula1-in prezidenti və icraçı direktoru Stefano Domenikali bildirib ki, əgər Yaxın Şərqdakı vəziyyət səbəbindən mövsümün Qətər və Əbu Dabidə keçiriləcək son iki yarışı baş tutmazsa, 2026-cı ilin final yarışları Avropada keçiriləcək. Lakin Haas-ın sabiq rəhbəri Günter Ştayner hesab edir ki, Avropada yarışın noyabrda və ya dekabrda keçirilməsi ehtimalı aşağıdır.

“Avropada yarışları noyabrda və ya dekabrda keçirmək məntiqsizdir, – deyə Günter Ştayner The Red Flags podkastında mülahizə edib. – Hava şəraitinin gözlənilməz şəkildə pis çıxma riski çox böyükdür. Bundan başqa, mərhələ komandalar üçün iqtisadi baxımdan məntiqli olan yerdə keçirilməlidir. Onlar sadəcə pul itirməməlidirlər. Malayziya yarışı ona görə mümkün oldu ki, bütün xərcləri Bəhreyn ödəyəcək.

Formula1 – biznesdir, ona görə də yarışların keçirilməsi gəlir gətirməlidir. Düşünürəm ki, məhz buna görə təqvimdə əlavə bir yer tapmaq asan olmayacaq.

Malayziya variantı, həmçinin təqvimdə ən azı 20-dən çox yarışın qalmasını təmin etmək üçündür. Əlbəttə, idealda Stefano Domenikali mövsümdə ən azı 22 mərhələ keçirmək istərdi, amma mənim fikrimcə, ilin sonunda 22-ci yarış üçün yer tapmaq çox çətin olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*